Berti Foqtsun yığmasından güclü komandanın adı açıqlandı
23.04.2012 - 13:39
Berti Foqtsun yığmasından güclü komandanın adı açıqlandı
Əfsanəvi almaniyalı futbolçu Frants Bekkenbauer baş məşqçisi kimi dünya çempionu etdiyi yığmasına yüksək qiymət verib. Apasport.az saytının məlumatına görə, keçmiş müdafiəçi hazırkı Bundestimin bu il Avropa çempionatında perspektivini yüksək dəyərləndirib. Onun sözlərinə görə, Yoahim Lövün baş məşqçisi olduğu yığma sonuncu titulunu qazandığı Berti Foqtsun çalışdırdığı millidən də güclüdür: “Bizdə həmişə yüksək səviyyəli oyunçular olub. Ancaq indi Lövdə bütün dövrlərin ən yaxşı komandasıdır. 23 futbolçumuzun hamısı yüksək səviyyəlidir. Bizdə heç vaxt belə olmayıb”.

Qeyd edək ki, Almaniya yığması sonuncu titulunu 1996-cı ildə Foqtsun rəhbərliyi altında qazanaraq, Avropa çempionu olub. Bekkenbauer 1990-cı ildə yığmanı dünya çempionu etdikdən sonra postunu Foqtsa verdi. Millimizin 66 yaşlı çalışdırıcısı futbolçu kimi də yığmada dünya və Avropa çempionluğunu qazanıb.