“Xəzər Lənkəran” “Böyük oyun”da qalib gəlib, milyonçu oldu
23.04.2012 - 13:48
Premyer Liqanın XXIX turunun “Neftçi” ilə oyunu “Xəzər Lənkəran” klubunun tarixinə unikal hadisə ilə düşüb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Lənkəran şəhər stadionunda yubiley – 100-cü oyuna çıxıb, sayca 25-ci – yubiley “Böyük oyun”un iştirakçısı olan komanda azarkeş sayında da fantastik nailiyyət əldə edib.
Yarandığı 2004-cü ilin yayından azarkeşlərinə görə Azərbaycanın bütün klublarından fərqlənən “Xəzər Lənkəran” ev oyunlarındakı tamaşaçı sayında milyonu da arxada qoyub. Belə ki, “Neftçi” ilə matçadək komandanı öz meydanında keçirdiyi 143 qarşılaşmanı ümumilikdə 988577 tamaşaçı izləmişdi. Bu rəqəmin 1000000-u keçməsi üçün “Böyük oyun”a 11 min 423 nəfərin gəlməsi kifayət idi.
“Xəzər Lənkəran”ın sayca 144-cü ev oyununa isə bundan da artıq – 12000 tamaşaçı toplaşdı. Bununla da komanda milyonu arxada qoymağa nail olub.
“Xəzər Lənkəran”a milyonçu olmaq üçün əslində 140 matç kifayət edib. Çünki 144 ev oyunundan 4-də komanda boş tribunalar önünə çıxıb. Lakin 144 matçdan başqa daha 1 qarşılaşma olub ki, həmin matçın nəticələri büsbütün ləğv olunub. 144 oyundan biri isə yarımçıq qalması səbəbindən 2 dəfəyə oynanılıb. Lakin həmin 2 dəfə keçirilən oyunlardan yalnız biri milyonu keçən - 1000577-yə daxil edilib. Həmçinin nəticəsi ləğv olunan matç da buna şamil olunmayıb.
Milyonçu olan “Xəzər Lənkəran” indiyədək ev oyunlarını 8 müxtəlif stadionda keçirib. Komanda Lənkəran şəhər stadionuna 846 min 760, Lənkəran Olimpiya İdman Kompleksinin stadionuna 68 min 717, Cəlilabad şəhər stadionuna 16 min, T.Bəhramov adına Respublika stadionuna 57 min, M.Hüseynzadə adına Sumqayıt şəhər stadionuna 2 min 100, “Şəfa” stadionuna 5 min 500, T.İsmayılov adına Suraxanı qəsəbə stadionuna 4 min 200, ADBTİA stadionuna 300 tərəfdar toplayıb.
1 milyon 577 tamaşaçıdan 781 min 777-si Azərbaycan çempionatı, 136 min 800-ü Azərbaycan kuboku, 82 mini avrokubok matçlarını seyr edib.
Qeyd edək ki, “Böyük oyun” lənkəranlıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

0
0