“Qızlarımıza futbol çox yaraşır” – FOTOSESSİYA
23.04.2012 - 15:30
“Park Bulvar” Alış-Veriş Mərkəzində AFFA – UNICEF əməkdaşlığını işıqlandırmaq məqsədi ilə “Qızlarımıza futbol çox yaraşır” aksiyasi keçirlib. Apasport.az saytının məlumatına görə, tədbir zamanı iki böyük monitorda AFFA – UNICEF əməkdaşlığı çərçivəsində keçirilən müxtəlif tədbirlərin qısa videoçarxı nümayiş olunub. Məlumat stendinə yaxınlaşan qonaqlara əməkdaşlıq haqda məlumat verilib, qeyd olunub ki, əməkdaşlığın əsas məqsədi gənc qızlar arasında sağlam həyat tərzinin təbliği və uşaq haqları sahəsində maarifləndirmə işlərinin aparılmasıdır.
Qeyd edək ki, U-17 UNICEF qızlar Liqasında mübarizə aparan komandaların üzvlərinin də iştirak etdiyi tədbirdə UNICEF və AFFA tərəfindən müxtəlif hədiyyələr paylanıb.
Mənbə: affa.az
Qeyd edək ki, U-17 UNICEF qızlar Liqasında mübarizə aparan komandaların üzvlərinin də iştirak etdiyi tədbirdə UNICEF və AFFA tərəfindən müxtəlif hədiyyələr paylanıb.
Mənbə: affa.az
0
0