Bernhard Raab cəzalandırıldı
24.04.2012 - 13:45
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunları, həmçinin Premyer Liqanın XXIX turunun oyunlarında baş verənlər müzakirə olunub.
Kubokda keçirilən “İnter” – “Neftçi” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaq komanda 1000 manat cərimə olunub.
Çempionatın “Rəvan” – “Turan” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqların da cəzası eyni olub. “Rəvan”ın oyunun 60-cı dəqiqəsində meydandan qovulan futbolçusu Taqim Novruzov 1 oyunluq cəzalanıb və klub 200 manat cərimə olunub.
“Simurq” – “Sumqayıt” qarşılaşmasında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 1000 manat ziyana düşüb. Oyunun 54-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Eşqin Quliyev birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu isə 2000 manat xərcə düşüb. Matç başa çatdıqdan sonra “Sumqayıt”ın futbolçusu Ramil Həşimzadə hakimləri təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanıb. Buna görə onun komandası 4000 manat ödəməli olacaq. Qarşılaşmadan sonra mətbuat konfransında iştirak etməyən “Sumqayıt” klubunun baş məşqçisi Bernhard Raab üçün klub daha 1000 manat cərimə olunub.
“Qarabağ” – “Bakı” görüşündə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 1000 manat ödəməlidir. “İnter” – “Qəbələ” oyununda meydandan kənarlan Mahir Şükürov 1 oyunluq cəzalanıb, klubunu 200 manat xərcə salıb.

0
0