“Neftçi”yə 2 oyunda texniki məğlubiyyət verildi
24.04.2012 - 14:17
AFFA-nın İntizam Komitəsi Həvəskarlar arasında ölkə birinciliyinin UGİM (Sumqayıt) – “Neftçi”PFK oyununda baş verənlərlə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın 82-ci dəqiqəsində “Neftçi” klubunun baş məşqçisi Şahin Şahhüseynli meydançaya daxil olaraq oyunun gedişinə mane olub. Bununla yanaşı “Neftçi”nin 2 üzvü hakimləri təhqir edib. Bu hadisələrdən sonra “Neftçi” klubu meydanı tərk edib və oyunu davam etdirməkdən boyun qaçırıb. Bu üzdən də “Neftçi”nin 2 futbolçusunu 4 oyunluq cəzalandıran AFFA Şahhüseynlini 1 matçlıq kənarlaşdırıb. Bundan başqa heç bir səbəb olmadan meydanı tərk etdiyi üçün “Neftçi”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqasının AZAL – “Neftçi” AOC matçında qonaqlar təyin olunmuş vaxtda matçda iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. U-13 Liqası”nın “Bakı 008” – “Təhsil” UGFM matçında ikincilər eyni səbəbdən 0:3 hesablı texniki məğlubiyyət alıb.

0
0