“Bakılı” mövsümü baş məşqçisiz bitirəcək
24.04.2012 - 14:43
Azərbaycan çempionatının I divizionunda çıxış edən “Bakılı” klubu baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi paytaxt təmsilçisinin çalışdırıcısı Elman Sultanovu cəzalandırıb. Baş məşqçi 5 oyunluq cəzalanıb və komandasını 500 manat ziyana salıb. Buna səbəb Sultanovun XXVII turun “MKT Araz”la səfər oyunundakı hərəkəti səbəb olub. Belə ki, çalışdırıcı oyunun 84-cü dəqiqəsində hakimləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün belə ağır cəza alıb.
Qeyd edək ki, “Bakılı” mövsümün sonunadək 4 oyun keçirəcəyindən çempionatı baş məşqçisiz bitirməli olacaq.
Qeyd edək ki, “Bakılı” mövsümün sonunadək 4 oyun keçirəcəyindən çempionatı baş məşqçisiz bitirməli olacaq.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0