“Onların hamısını unutdurmağa çalışacağıq” – MÜSAHİBƏ
24.04.2012 - 15:25
“Bakı”nın baş məşqçi əvəzi Novruz Əzimovun apasport.az saytına müsahibəsi
- Komandanız sabah çox vacib oyuna çıxacaq. Bu, Azərbaycan kuboku uğrunda yarımfinal mərhələsinin cavab matçıdır ki, “Qarabağ”la Ağdamdakı oyun “Bakı”nın finala çıxmaq perspektivinə aydınlıq gətirəcək...
- Sözsüz ki, məşqlərimiz proqram üzrə gedir. Hər bir matça olduğu kimi, bu oyuna da ciddi hazırlaşırıq. Dediyiniz kimi, çox vacib oyun olduğuna görə daha ciddi çalışırıq. Düşünürəm ki, futbolçularımız qarşımızda duran vəzifənin öhdəsindən gələ bilmək üçün əllərindən gələni edəcəklər. Mən bunu deyə bilərəm.
- İlk oyunda evdə 0:1 hesabı ilə uduzduğunuzu nəzərə alsaq, finala çıxmaq şansınızı necə dəyərləndirirsiniz?
- Fikrimcə, finala çıxmaq şansımız var və buna nail olmaq üçün maksimum güc tətbiq etməyə səy göstərəcəyik. Çalışacağıq ki, finala çıxan tərəf məhz biz olaq.
- Komandanı 1 həftədə eyni rəqiblə ardıcıl 3 oyuna kökləmək nə dərəcədə çətindir?
- Sözsüz ki, çətindir. Eyni rəqiblə qısa müddətdə ardıcıl oyunlara hazırlaşmaq, köklənmək çətinlik yaradır. Ancaq nə edək? Təqvim belə alınıb. Bunu dəyişə bilmərik axı. “Qarabağ”la ardıcıl 3-cü matça köklənməli, oynamalıyıq.
- Bu oyun öncəsi elə Ağdamda “Qarabağ” üzərində 4:2 hesablı inamlı qələbə qazandınız. Həmin Premyer Liqa matçındakı nəticə ən azı psixoloji baxımdan komandanızın işinə yaramalıdır...
- Biz həmin oyunu yaddan çıxartmışıq. Sabahkı kubok matçını düşünürük. Mən çıxışlarımın birində demişdim ki, bizim qeyri-sabit oyunumuzun əsas səbəbi fiziki yox, psixoloji çatışmazlıqlardır. Buna psixoloji cəhətdən “axsama”lar səbəb olur. Hesab edirəm ki, ötən tur Ağdamda layiqli qələbə qazandıq. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun dediyi kimi, həmin gün qələbə bizim haqqımız idi. Bir çoxları elə fikirləşir ki, “Bakı” udmadı, “Qarabağ” uduzdu. Belə fikir səsləndirirlər ki, “Qarabağ” kuboku düşündüyündən, gücünü ona saxlayır. Nəyə görə? Məgər “Qarabağ”a çempionat lazım deyil? Yaxud məgər “Bakı”ya çempionat, yaxud kubok lazım deyil?
- Komandanıza finala çıxmaq üçün səfərdə qol vurmaq, qalib gəlmək lazımdır. Ağdamdakı çempionat oyununda bunu artıqlamağı ilə etdiniz ki, bu, özünəinamı daha da artırmalıdır...
- Bəli, mən də belə düşünürəm. Sözsüz ki, vacib oyundur. Futbolçular da hər matçda qələbə qazanmağı fikirləşməlidir. Əlbəttə, mövsüm ərzində məğlubiyyətlər olur. “Kəpəz”ə, “Neftçi”yə 0:3 hesabı ilə uduzmuşuq. Onların hamısını unutdurmağa çalışacağıq. Mövsümdə aldığımız belə böyük hesablı məğlubiyyətlərin əvəzini çıxmalıyıq. “Qarabağ”a qarşı göstərdiyimiz oyunla bunları yaddan çıxartmalıyıq. “Bakı”nın ancaq bir yolu var ki, qalan bütün oyunlarda nəyi var gücünü qoysun və klubu istəyən insanların əvvəlki münasibət göstərməyinə səbəb olsun.
- Bu qələbə futbolçularda arxayınlaşma yarada bilərmi?
- Hər şey ola bilər. Ancaq heç kimdə belə arxayınlıq olmamalıdır. Biz də futbolçularla bu yöndə söhbətləşirik ki, bu da hazırlığa aid olan işlərdir.
- Finala çıxa bilməsəniz, bütün diqqətinizi çempionata yönəldib, Avroliqaya vəsiqə verən yerlərdən birini tutmalısınız. Buna nail olmaq şansınız haqda nə deyə bilərsiniz?
- Əlbəttə, finala çıxa bilməsək, çempionatda qalan oyunlarda uğurlu çıxış edib, Avroliqaya vəsiqə qazanmağa çalışacağıq. Bunun üçün əlimizdən nə gəlirsə, onu edəcəyik. Hər şey ola bilər. Kubokdan uğursuzluq olsa, bu, o demək deyil ki, yox, çempionatda oynamayaq. Kim elə düşünə bilər ki? Əlbəttə, oynamaq lazımdır. Kubokda finala çıxsaq belə, yenə çempionatda iddiamızı davam etdirəcəyik.
- Finala çıxa bilməmək futbolçularda ruh düşkünlüyü yarada, komandanın çıxışına mənfi təsir göstərə bilərmi?
- “Bakı”nın əsas diqqəti təkcə kuboka yox, hər ikisinə yönəlib. Premyer Liqada qalan 3 oyunumuzda da uğurlu çıxış etməyə çalışacağıq. Bu fikir düzgün deyil ki, “Bakı” kuboku fikirləşir, çempionatı yox. Biz “Qarabağ”la 1:2 hesabı ilə uduzduğumuz matçda 2:2 oynasaydıq, indi xallarımız bərabər – 48 idi. Onda 4-cü yerdə idik və həm də çempionatda daha yaxşı şansımız var idi. Kim ki elə fikirləşir ki, “Bakı” yalnız kuboku, yaxud çempionatı düşünür, böyük səhvə yol verir. Biz çıxıb, öz oyunumuzu oynayacağıq. Bir də görürsən ki, oyunun alınmır. Ancaq bu, o demək deyil ki, qalib gəlmək istəmirsən.
- Ola bilər ki, cavab oyunu əlavə vaxta, hətta penaltilər seriyasına getsin. Məşqlərdə penaltilər seriyasına hazırlaşırsınız?
- Elə fikirləşirəm ki, 90 faiz oyun əlavə vaxta getməyəcək. Ancaq bəli, futbolda hər şey, penaltilər də ola bilər. Ümumilikdə hər bir şeyi nəzərə alaraq, hazırlaşırıq.
Mehman SÜLEYMANOV

0
0