Peter Çex: Bizə “Barselona”nı udmaqda yalnız Mourinyo kömək edə bilər
24.04.2012 - 17:15
“Çelsi”nin çexiyalı qapıçısı Peter Çex jurnalistlərlə məzələnib. Apasport.az saytının məlumatına görə, Çexiya yığmasının da əsas qapıçısı olan 30 yaşlı futbolçu mətbuat nümayəndələrinə “Barselona”nı Çempionlar Liqasında mübarizədən kənarlaşdırmaqlarının yolunu Joze Mourinyodan bildiyini söyləyib. Çex “Barsa”ya qalib gəlməyi keçmiş çalışdırıcısının öyrəndiyini deməklə, əcnəbi həmkarlarımızla zarafatlaşıb: “Bizim komanda toplantımız oldu. Orada bütün diqqəti taktikaya yönəltdik. Mourinyo bizə “Barselona” ilə bağlı bütöv dosye göndərib. Biz ondan baş çıxartmağa çalışdıq”.
Qeyd edək ki, “Çelsi” bu gün səfərdə cavab oyununa çıxacağı “Barselona”bı evdə 1:0 hesabı ilə yenib.
Qeyd edək ki, “Çelsi” bu gün səfərdə cavab oyununa çıxacağı “Barselona”bı evdə 1:0 hesabı ilə yenib.
0
0