Milli komanda üçün qadağa
24.04.2012 - 17:38
Bu yay Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının final mərhələsində çıxış edəcək Danimarka milli komandasının futbolçuları qadağa ilə üzləşib. Apasport.az saytının məlumatına görə, komanda üzvləri çempionat vaxtı sosial şəbəkələr vasitəsilə danışmasına qadağa qoyulub. Bu ideyanın müəllifi isə baş məşqçi Morten Olsendir. O, yetirmələrinin bütün fikrini çempionata kökləməsi üçün bu addımı atıb.
Milli komandanın qapıçısı Tomas Sorensen isə bu qadağanı rüsvayçılıq kimi dəyərləndirib. Qolkiper komandanın taktiki sirlərinin sosial şəbəkələr vasitəsilə üstünün açılmasının mümkünsüzlüyünü qeyd edib.

0
0