“Beşiktaş” Avropa kuboklarından kənarlaşdırıla bilər
25.04.2012 - 01:00
“Beşiktaş” 2012-2013-cü il mövsümündə Avropa kuboklarından kənarlaşdırıla bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bu haqda komandanın prezidenti Fikrət Orman açıqlama verib.
Yeni prezident mümkün cəzaya əvvəlki illərdə “Beşiktaş”ın UEFA meyarlarına uyğun gəlmədiyini və Avropa futbol qurumunu yanlış istiqamətləndirdiyinə dair iddiaların olmasını səbəb göstərib. Məsələyə mayın 1-də UEFA-nın İntizam Komitəsində baxılacaq.
Dinləmələrdə iştirak edəcəyini deyən Orman “qara qartallar”a qarşı başladılan araşdırmanın danışılmış oyunlarla heç bir əlaqəsinin olmadığını vurğulayıb. O, klub tarixində ilk dəfə belə halla qarşılaşdıqlarını da əlavə edib.
Qeyd edək ki, “Beşiktaş”ın əvvəlki prezidenti Yıldırım Dəmirörən hazırda Türkiyə Futbol Federasiyasının prezidentidir.

0
0