“Bizdə mükafat yoxdur, maaşı güclə verirlər” - MÜSAHİBƏ
25.04.2012 - 09:37
“Turan” klubunun qapıçısı Anar Nəzirovun apasport.az saytına müsahibəsi
- Mövsüm sona yaxınlaşdıqca əksər futbolçular karyerası ilə bağlı müəyyən qərar verməyə başlayıblar. Sizin də “Qəbələ” ilə müqaviləniz var. Yayda hansı qərar verəcəksiniz: “Qəbələ”yə dönəcəksiz, yoxsa “Turan”da qalacaqsız?
- Hələ bu haqda konkret qərar verməmişəm. Yəqin “Qəbələ”yə qayıdaram. Çünki həmin klubla 2013-cü ilin sonuna qədər müqaviləm var. Daha doğrusu, anlaşmam bu il bitəcəkdi. Ancaq “Turan”a könüllü gəldiyimə görə, anlaşma daha bir illiyə uzadılacaq.
- “Turan”da əsas heyətdə çıxış edirsiz. “Qəbələ”yə döndükdən sonra isə yenidən ehtiyatda qalmaq ehtimalınız var. Bunu nəzər almısız?
- Ora oynamaq üçün qayıdacam. Ehtiyatda qalacağım təqdirdə, getməyəcəm. Oynamaq istəyirəm. Özümə inanıram. “Turan”da çıxış etdiyim son bir ildə hər cür çətinliyə dözmüşəm. Halbuki, başqa təkliflər var idi. Amma mən buranı seçdim, çünki əsas heyətdə oynayıram. Üstəlik, “Turan”ın Premyer Liqada qalmasına yardımçı olmasını istəyirdim. Bir müddət əvvəl “Turan”ın elitada qalacağını deyəndə, mənə gülürdülər. İndi hər şey öz əlimizdədir.
- Pavel Dorosevin transferə çıxarılmasından sonra “Qəbələ”də Qrem Smit qalıb. Onun da müqaviləsi gələn ay başa çatacaq. Belədə sənin üçün “yaşıl işıq” yanacağını düşünmək olarmı?
- Hər şey rəhbərliyin qərarından asılıdır. Bəlkə kimisi gətirəcəklər. “Qəbələ” böyük klubdur. Ola bilər, Smiti komandada saxlasınlar və ya başqa güclü qapıçı transfer etsinlər. İndidən qəti fikir yürütmək mümkün deyil.
- Real təklif varmı?
- 2 klubdan təklif var. Çempionluğa oynayan komandada çıxış etmək istəyirəm. Ən realı isə “Qəbələ”dir.
- Bir az da “Turan”ın çıxışı haqda danışaq. Həftəsonu “Sumqayıt”la qarşılaşacaqsız. Debütantla dueldən nə gözləyirsiz?
- “Rəvan”la matçda sarı vərəqə aldığıma görə cəzalı duruma düşmüşəm. Bu üzdən meydana çıxmayacam. “Sumqayıt” çətin rəqibdir. Onlar uduzsalar da, sona qədər mübarizə aparırlar. Biz də hər oyuna final görüşü kimi çıxırıq. Əzmkar komandamız var. Bunun nəticəsidir ki, son 7 matçda məğlub olmamışıq. Uşaqlar meydanda canlarını qoyurlar. “Altılıq” oyunlarından əvvəl “Sumqayıt”dan 4 xal geridə idik. Fərqi əritməklə yanaşı, bu gün onları 4 xal qabaqlamışıq. Kiminlə qarşılaşacağımızın fərqi yoxdur. Əsas nəticə qazanmağımızdır.
- Yoxluğunuzda “Turan”ın qapısını kim qoruyacaq?
- 2 qapıçımız var. Gənc olmalarına baxmayaraq, hər ikisi istedadlıdır. Yəqin ki, baş məşqçi birinə şans verəcək.
- Belə vacib oyunda kənarda qalmaq üzücü deyil?
- Tək bu oyunda yox, bütün görüşlərdə meydana çıxmaq istəyirəm.
- Yeri gəlmişkən, qələbə və ya heç-heçə etdiyinizə görə, rəhbərlik futbolçulara mükafat verir?
- Bizim klubda mükafat yoxdur, maaşları güclə verirlər. Hələ ki, son üç ayda vəziyyət normaldır. Rəhbərlik söz verib ki, komanda Premyer Liqada qalsa, mükafat veriləcək.
- Bəs daha yaxşı şəraitə malik olan “Qəbələ”nin kasıb komandaya dəyişməyinizə görə peşman deyilsiz?
- Bu sualı tez-tez verirlər. Peşman deyiləm. Ümidləri doğrultmağı bacardım, milli komandaya dəvət edildim. “Turan” pis vaxtlarımda hər zaman mənə dəstək olub. Bu gün də mən klubun ağır günündə yanındayam. Buna görə qətiyyən peşman deyiləm.

0
0