Aciz Messi
25.04.2012 - 08:47
2011-ci il üçün dünyanın ən yaxşı futbolçusu seçilən Lionel Messi penalti vurmaq bacarığını itirib. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu mövsümdə 3-cü dəfə 11 metrlik nöqtədən dəqiq ola bilmir.
Messi Çempionlar Liqasının 1/2 final mərhələsinin İngiltərə “Çelsi”si ilə cavab oyununda hesab 2:1 olarkən və rəqib 10 nəfərlə qalarkən fərqi 2-yə çatdırmaq imkanını qaçırıb. Zərbəsi qapı tirinə tuş gələn argentinalı bununla da komandasının final yolunda addım atması əvəzinə büdrəməsinin səbəbkarı olub. Lakin Messi bunadək də “qəbirqazan” rolunda çıxış etmişdi.
O, Primeranın “Sevilya” ilə oyununun uzatma dəqiqəsində hesabı açmaq imkanını qaçırmışdı. Həmin penalti dəqiq yerinə yetirilsəydi və “Barselona” 1:0 hesabı ilə qalib gəlsəydi isə bəlkə də mövsümün axarı fərqli olardı. Hər halda elə olan halda kataloniyalılar “El Klassiko”ya 4 deyil, 2 xal arxada çıxıb daha az həyəcan keçirəcəkdilər.
Lionelin “Valensiya” ilə kubok matçında qaçırdığı penalti isə komandasının finala çıxmasına əngəl olmamışdı. Lakin 1 mövsümə 3 penalti qaçırmaq dünyanın ən yaxşısına yaraşmır. Hər halda argentinalı 11 metrlik zərbə vurmağın üzərində çalışmalı, dəqiq olmağı öyrənməlidir.
Maraqlıdır ki, Messi artıq 8-ci dəfə qarşılaşdığı “Çelsi” ilə oyunlarda hələ də qol vura bilmir. Argentinalı üçün Çempionlar Liqasında cəmi 5 komanda mövcuddur ki, onların qapısına yol tapa bilməyib. Bunlar “Rubin” (Ruisya), “İnter”, “Udineze” (hər ikisi İtaliya) və “Liverpul” (İngiltərə) klublarıdır. Lakin onların heç biri “Çelsi” qədər – 8 dəfə Messi üçün əlçatmaz olmayıb.

0
0