“Biz sadəcə olaraq xoşbəxtik”
25.04.2012 - 09:08
“Biz sadəcə olaraq xoşbəxtik”
“Bu inanılmaz nailiyyətdir. Çoxları bizi vaxtından əvvəl hesabdan silirdi. Lakin uşaqlar əsl xarakter göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin “Çelsi” klubunun baş məşqçi əvəzi Roberto di Matteo deyib.

41 yaşlı mütəxəssis Çempionlar Liqasının yarımfinal mərhələsinin “Barselona” ilə cavab oyunu (2:2) haqda fikirlərini açıqlayıb: “Biz 10 nəfərlə oynamalı olacağımızı gözləmirdik. Buna görə də ehtimal etdiyimizdən də çətin oldu. Rəqibin heyətində fantastik futbolçular yer alıb. Lakin belə çətin vəziyyətdə də ruhumuzun gücünü nümayiş etdirdik”.
Di Matteo Con Terrinin qırmızı vərəqəsinə də münasibət bildirib: “O, komandamızın lideri və kapitanıdır. Hər insan həyatda səhvlər buraxır. Biz sadəcə olaraq xoşbəxtik ki, finala çıxdıq”.

Qeyd edək ki, Teri ilə yanaşı daha 3 futbolçu cəza səbəbindən finalda oynaya bilməyəcək. Bunlar Viktor Ramires, Bronislav İvanoviç və Raul Meyreleşdir.