Azərbaycana gələcək israilli məşqçi müəyyənləşdi
25.04.2012 - 10:11
Azərbaycana gələcək israilli məşqçi müəyyənləşdi
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan İsrail yığmasında məşqçilər korpusunun formalaşması prosesi yekunlaşıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Eli Qutman özünə yeni köməkçi götürüb. Bu, qapıçılarla işləyən məşqçi Qiora Antmandır. İsrailli çalışdırıcı Hayfa “Makkabi”sində həmin vəzifəni icra edib. Antman tanınmış rusiyalı həmkarı Aleksandr Uvarovu əvəzləyib. SSRİ yığmasının və Moskva “Dinamo”sunun sabiq qapıçısı 2000-ci ildən bu postda 4 baş məşqçi ilə birgə çalışıb.

Qeyd edək ki, Azərbaycan - İsrail oyunu sentyabrın 7-də keçiriləcək.