“Bakı”nın futbolçusu üçün mövsüm bitdi
25.04.2012 - 10:30
“Bakı”nın futbolçusu Novruz Məmmədov üçün mövsüm vaxtından əvvəl başa çatıb. Komandanın baş məşqçi əvəzi Novruz Əzimov apasport.az saytına açıqlamasında adaşı olan müdafiəçinin qabırğasının sındığını bildirib. Gənclər yığmamızın da üzvü olan Məmmədov bu üzdən hazırlıqdan kənarda qalaraq, ev şəraitində müalicə olunur.
O, “Qarabağ”la kubokun ilk yarımfinal oyununda aldığı zədə nəticəsində artıq matçın əvvəlində əvəzlənməli oldu. Novruzun sağalmasının ən azı 1 ay çəkəcəyini və həmin vaxt futbol mövsümümüzün bitəcəyini nəzərə alsaq, sağ cinah müdafiəçisi yaşıl meydana qayıdışı üçün növbəti çempionatın startını gözləməli olacaq.
Mehman SÜLEYMANOV

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0