Millimizin növbəti oyunlarına səfər proqramı müəyyənləşib
25.04.2012 - 10:54
Azərbaycan milli komandasının növbəti yoldaşlıq görüşləri üçün səfər proqramı müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Departamentinin rəisi Mikayıl Nərimanoğlunun apasport.az saytına verdiyi məlumata görə. millimizin növbəti yoxlama matçını keçirəcəyi Yaponiyaya səfərinin vaxtı dəqiqləşib. O, millimizin “Gündoğar ölkə”yə mayın 20-də yollanacağını bildirib: “Millimiz həmin gün Bakıda bir araya gələrək, Yaponiyaya səfər edəcək. Bildiyiniz kimi, bu ölkənin yığması ilə yoldaşlıq görüşümüz mayın 23-də olacaq. Yığmamız matça hazırlığı orada keçirəcək”.
Məlum olduğu kimi, milli komandamız Yaponiyadan sonra almaniyalı baş məşqçisi Berti Foqtsun vətəninə yollanaraq, təlim-məşq toplanışı keçəcək. Bunun sonunda – mayın 30-da Andorra yığması ilə yoldaşlıq görüşü nəzərdə tutulub. Nərimanoğlu yığmamızın Yaponiyadan birbaşa Almaniyaya, hazırlığın, oyunun keçiriləcəyi Frankfurt şəhərinə yollanacağını söyləyib.
Bu səfər proqramında son dayanacaq isə Minskdir ki, millimiz iyunun 5-də orada Belarus yığması ilə yoldaşlıq görüşünə çıxacaq. Yığmamızın Almaniyadan birbaşa Belarusa yollanacağı gözlənilir ki, Departament rəisi məsələyə yaxın günlərdə tam aydınlıq gələcəyini deyib.
Mehman SÜLEYMANOV

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0