Finalçılar müəyyənləşdi
26.04.2012 - 08:54
Finalçılar müəyyənləşdi
Çempionlar Liqasının digər finalçısının adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda üz-üzə gələn İspaniya “Real”ı ilə Almaniya “Bavariya”sı finalçının adına aydınlıq gətirib.

Matçın əvvəlində Kriştianu Ronaldo erkən dubla imza atsa da almanlar fərqi minimuma endirib. Bundan sonra nə əsas, nə də əlavə vaxtda qol olub. İlk oyunda “Bavariya” eyni hesabla qalib gəldiyindən finalçının adına penaltilər seriyası aydınlıq gətirib. Burada daha dəqiq olan qonaqlar qalib gəliblər – 3:1.

Bununla da, Münhendə keçiriləcək final oyununda yerli “Bavariya” İngiltərə “Çelsi”si ilə qarşılaşacaq. Maraqlıdır ki, onların hər ikisi final yolunda İspaniya nəhənglərini mübarizədən kənarlaşdırıb. “Çelsi” turnirin son qalibi “Barselona”nı 2 oyunun ümumi nəticəsində məğlub etmişdi – 1:0, 2:2.

Çempionlar Liqası
Yarımfinal, cavab oyunu

“Real” (İspaniya) – “Bavariya” (Almaniya) – 2:1, pen. 1:3
QOLLAR: Ronaldo, 6 (pen);14 – Robben, 28 (pen)
İlk oyun – 1:2

“Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə) – 2:2
İlk oyun: 0:1
QOLLAR: Buskest, 35; İniyesta 43 - Ramires, 45+1; Torres, 90
Qırmızı vərəqə: Con Terri 37