Əziz Yıldırımın günahsız olduğu təsdiqlənib
26.04.2012 - 10:00
Türkiyə Futbol Federasiyasının Etika Komissiyası “Fənərbaxça” klubu ilə bağlı hesabat üzərində işi başa çatdırıb. Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Futbol Federasiyasının Etika Komissiyası “Fənərbaxça”nın prezidenti Əziz Yıldırımın danışılmış oyunlarda iştirakına dair fakt aşkar etməyib.
Etika Komissiyası 10 ay ərzində üzərində Baş Prokurorluqdan göndərilən sənədlərin və görüntülərin hamısını tam araşdırdıqdan sonra vəziyyətin narahatedici olmadığı qənaətinə gəlib. Əgər hesabat qəbul edilərsə, Türkiyə Futbol Federasiyası Yıldırıma idman cəzası verməyəcək.
“Beşiktaş”ın baş məşqçisi Tayfur Havutçunun da bütün telefon danışıqları araşdırılıb və bu danışıqlarda cinayət faktına rast gəlinməyib. Etika Komissiyasının hesabatı əsasında Türkiyə Futbol Federasiyası aprelin 30-da qərar verəcək.

0
0