“2 il əvvəl sevincdən tullanırdım...”
26.04.2012 - 10:50
“2 il əvvəl sevincdən tullanırdım...”
“Mən normalam, bu, futboldur. Qalib gələndə və uduzanda soyuqqanlığı qorumaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Real”ın baş məşqçisi Joze Mourinyo deyib.

Madrid təmsilçisinin portuqaliyalı çalışdırıcı Çempionlar Liqasında (ÇL) “Bavariya”ya evdə uduzduqları cavab yarımfinal oyununda komandasından razı qalıb. Onun sözlərinə görə, futbolçuları rəqibə qarşı fantastik mübarizə aparıb: “Oyunçular 2 saat gərgin işlədilər. Biz son imkanlarımız həddində oynayırdıq. “Çelsi” ilə “Barselona” futbolçularına istirahət verə bilərdi, ancaq “Barselona” ilə “Real”da belə imkan yox idi. Finalda “Çelsi” ilə görüşəcək “Bavariya”nı təbrik etmək istəyirəm. Ümid edirəm ki, baxımlı oyun olacaq. “Çelsi” mənə yaxın komanda olduğundan, ancaq “Bavariya”ya da yaxşı final arzulayıram. Futbolun duzu bundadır. Heç kim nə baş verəcəyini deyə bilməz. Mən hamının həzz alacağı böyük final gözləyirəm”.

Madridlilər oyun sonrası penaltilər seriyasında uduzdu. Mourinyo bəxtin rəqibin tərəfində olduğunu deyərək, buna görə şad olduğunu bildirib: “2 il əvvəl mən sevincdən tullanırdım, indi onların növbəsidir. İki saat maksimal gərginlikdən sonra penalti vurmaq asan deyil. Zərbəni vurmağa özündə cəsarət tapan futbolçu qorxmazdır. Mən oyunçularımla fəxr edirəm. Hətta Lionel Messi, yaxud Kriştianu Ronaldo kimi penaltinin mahir ifaçılar da zərbəni düz vura bilmir. Futbol, həyat belədir. Biz finala çıxmaq istəyirdik. Mənə özümdən daha çox futbolçulara görə üzülürəm. Ancaq buna layiqli reaksiya verməliyik. Ardıcıl 2 dəfə yarımfinala çıxmaq artıq pis deyil, ancaq bu, bizə azdır. Klub və futbolçular bu istiqamətdə hərəkəti davam etməyi istəsələr, buna şad olaram. Ötən il İspaniya kuboku qazandıq, bu dəfə çempion olsaq, bu, artıq irəliyə doğru addım olacaq”.

Qeyd edək ki, “Bavariya”dan fərqli Mourinyonun vaxtilə çalışdırdığı “Çelsi” hələ ÇL-nin qalibi olmayıb. Portuqaliyalı mütəxəssis 2 dəfə dalbadal yarımfinala çıxardığı indiki klubuna gəldiyi “İnter”ə 2010-cu ildə, “Portu”ya 2004-cü ildə turniri qazandırıb.