“Neftçi” 8 illik həsrətə son qoydu
26.04.2012 - 11:15
“Neftçi” 8 illik həsrətə son qoydu
Bakının “Neftçi” klubu 8 illik həsrətə son qoyub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Azərbaycan kubokunun finalına yüksəlməklə bu yarışdakı uğursuzluq seriyasına son qoyub. Belə ki, bakılılar 2003/04 mövsümündən sonra finala həsrət qalmışdı. 8 il əvvəl həlledici qarşılaşmada “Şəmkir”i əlavə vaxtda 1:0 hesabı ilə məğlub etdikdən sonra “Neftçi”nin ən böyük uğuru yarımfinal olurdu.

“Neftçi”nin finaldakı rəqibi “Bakı” isə 1 mövsümlük fasilədən sonra yenə həlledici qarşılaşmaya çıxıb. 2009/10 mövsümündə kuboku qazanan paytaxtın eyniadlı təmsilçisi 2 il əvvəl olduğu kimi yenə finala baş məşqçisiz çıxıb. Həmin vaxt “Bakı” baş məşqçi əvəzi Cüneyt Biçərlə qalib adını qazanmışdısa bu dəfə komandanı baş məşqçi əvəzi kimi Novruz Əzimov çalışdırır.