Çempionlar Liqasının qalibi bəllidir
26.04.2012 - 12:05
KONKAKAF zonasının ən güclü klubu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu zonada Çempionlar Liqasının final mərhələsinin cavab oyunu keçirilib.
Həlledici dueldəki Meksika derbisində “Monterrey” qalib gəlib. Cavab oyununda “Santos Laquna”ya 1:2 hesabı ilə uduzmasına baxmayaraq, ilk qarşılaşmadakı 1:0 hesablı qələbə “Monterrey”ə kifayət edib ki, kuboku başı üzərinə qaldırsın.
Qeyd edək ki, ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olan meksikalılar həm də dekabrda keçiriləcək klublararası dünya çempionatına vəsiqə qazanıb. Həmin turnirdə Avropanı təmsil edəcək komanda isə mayın 19-da baş tutacaq “Bavariya” – “Çelsi” qarşılaşmasında müəyyənləşəcək.

0
0