Yunis Hüseynov: Şans varsa, əldən buraxmaq olmaz – MÜSAHİBƏ
26.04.2012 - 12:21
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- Komandanızın hesabından silinən 6 xal geri qaytarıldı. Bu qərarı gözləyirdiniz?
- Düzü, 6 xalımızın qaytarılacağına inanmırdım. Ancaq biz FİFA-nın qərarı ilə bağlı şikayət etmişdik və fəxri prezidentimiz Mübariz Mənsimovun Bakıya səfərindən sonra 6 xalın qayıdacağı ilə bağlı məndə inam yaranmışdı. Klub rəhbərliyi bu istiqamətdə həddindən artıq böyük işlər gördü. Ancaq istəməzdik ki, vaxtında belə olsun. Yadınıza gəlirsə, bizə “Bakı” ilə oyundan 1 gün qabaq 6 xalımızın sildiklərini demişdilər. Onda futbolçularımız motivasiyadan təmiz düşmüşdülər. Vaxtında silməsəydilər, daha yaxşı olardı. Ancaq təəssüf ki, belə olmadı. Hər halda, indi sevinirik. Ancaq bu, o demək deyil ki, artıq bizdə hər şey əladır. Yox, qabaqda oyunlarımız var. Çalışacağıq ki, onlardan maksimum nəticələr əldə edək və öz işimizi rahatlaşdıraq.
- Razılaşın ki, FİFA qərarını ləğv etdikdən sonra “Xəzər Lənkəran”ın avrokubok şansı xeyli artdı...
- Bəli. Ancaq bu, o demək deyil ki, şansımız çoxaldığından rahat olmalıyıq. Qarşıda ağır oyunlarımız var. Bütün matçlarımıza maksimum hazır olmalıyıq.
- Çempionluq intriqası qalıb?
- Qalıb. Çempionluğa az da olsa, şansımız var. Necə olacağını Allah bilir. Biz əsas öz oyunumuzu fikirləşirik ki, maksimum nəticə göstərək.
- Turnir cədvəlindəki dəyişiklikdən sonra ən yaxın izləyiciləriniz, ölkə kubokundan kənarda qalan “İnter”lə “Qarabağ”a çempionat oyunları çox vacibdir. Nəticədə qalan 3 turda gərginlik artacaq. Elə növbəti rəqibiniz də “İnter”dir...
- Bəli, bütün oyunlar gərgin olacaq. “Altılıq”da matçların hamısı gərgin keçir. “İnter”lə oyuna Bakıda hazırlaşırıq. Səfər matçında maksimum nəticə qazanmağa çalışacağıq. Arzumuz odur.
- Sizcə, çempionluğun taleyinə növbəti turda aydınlıq gələcək, yoxsa bu, son 2 ev oyununuza qalacaq?
- Vallah, hələ deyə bilmərəm. Bunu oyunların nəticələri göstərəcək. Hal-hazırda bizim də çempionluğa şansımız var. Baxaq görək, necə olacaq.
- Hazırda futbolçuları psixoloji baxımdan kökləmək çox vacibdir. Sizcə, bu qərardan sonra buna ehtiyac var?
- Deməzdim ki, futbolçuları bu dəqiqə psixoloji cəhətdən kökləmək lazımdır. Futbolçular bunu dərk edir ki, 6 xal qayıtdı. Onlar özü-özlərini məndən də yaxşı oyunlara hazırlamalıdır. Onlar bilirlər ki, şans varsa, bunu əldən buraxmaq lazım deyil. Futbolçu elədir ki, gərək şansı əldən buraxmasın. Əlbəttə, mən də onları psixoloji cəhətdən hazırlayacağam. Bu, tamam başqa şeydir. Ancaq futbolçular belə şeydən sonra - rəhbərlik bu qədər iş gördü, 6 xalı qaytardı - özləri ikiqat oyunlara hazırlaşmalıdır.
- Hesab etmirsiniz ki, ən azı 2-ci yeri tutmaq baxımdan təqvim sizin üçün daha münasibdir? Çünki “İnter”lə matçla səfər oyunlarınızı bitirib, son 2-ni evdə keçirəcəksiniz...
- Düzdür, şans olmağına var. Son 2 oyunu Lənkəranda “Qəbələ” və “Qarabağ”la keçirəcəyik. Ancaq bunlar asan oyunlar deyil axı. Fərqi yoxdur, hamısı çətindir. Evdə də, rəqib meydanında da oynayanda, maksimum nəticə göstərmək üçün gərək yaxşı hazırlaşasan.
- Hamını ilk “altılıq” iştirakçılarından kimin avrokuboklardan kənarda qalacağı maraqlandırır. Sizin bu baxımdan proqnozunuz nədir?
- Allah qoysa, onu sizə mayın 12-13-də deyəcəyəm.
- Onda çempionatın son turu olacağından, hamı biləcək...
- (gülür) Bax, bunu yaxşı dediniz. Proqnoz vermədiyimdən, demək istəmirəm. Mən heç vaxt proqnoz verməmişəm.
Mehman SÜLEYMANOV

0
0