Emil Mpenza: “Neftçi” 18 aylıq maaşımı verməlidir
26.04.2012 - 13:39
“Neftçi” klubunun belçikalı legioner Emil Mpenza ilə problemi həllini tapa bilmir. Apasport.az saytının məlumatına görə, futbolçudan FİFA-ya şikayət edən paytaxt klubunun ardından 34 yaşlı legioner də ali futbol qurumuna müraciət edib.
2010-cu ildə İsveçrə “Syon”undan transfer olunan və 3 illik müqavilə imzalanan Mpenza anlaşmanın yarısı boyunca iş başında oldu. Bu ilin qışında transferə çıxarılan hücumçu özünə klub tapmasa da, “Neftçi”nin düşərgəsini tərk edib.
Bakılılar belçikalının müqaviləni pozduğunu iddia edərək, FİFA-nın Mübahisələrin Həlli Palatasına şikayət etmişdi. “Neftçi” futbolçudan 700 min ABŞ dolları tələb istəyir.
Öz növbəsində Mpenza Belçika mətbuatına açıqlamasında klubdan şikayət etdiyini bildirib. O, “Neftçi”nin müqaviləni qanunsuz şəkildə pozduğunu iddia edir. Mpenzanın komanda qarşısında tələbi isə müqavilənin geridə qalan 18 ayı üçün maaşının ödənilməsidir.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0