Futbol yığmamız Qış Olimpiya Oyunlarını qəbul edən stadionda
26.04.2012 - 14:33
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin Norveç yığması ilə keçirəcəyi oyunu qəbul edəcək “Marienlyst” stadionu unikal tarixə malikdir. Apasport.az saytının məlumatına görə, 1923-cü ildə inşa olunub, 1 il sonra açılış mərasimi təşkil olunan arena bir çox mötəbər yarışlara ev sahibliyi edib.
Tikildiyi gündən “Drafn”, 1967-ci ildən “Stromsqodset” klubları bu stadionda rəqiblərini qəbul edir. Lakin arenada 1952-ci ilin Qış Olimpiya Oyunları da keçirilib. Həmin vaxt stadionda hokkey qarşılaşmaları baş tutub. 1987-ci ildə isə bu arenada qadınlar arasında Avropa çempionatının görüşləri keçirilib.
1962-2001-ci illərdə Norveç atletika yığmasının əsas meydanı olan stadion bu idman növündə daxili yarışların çoxunu qəbul edib. Futbol üzrə U-21 isə millimizə qədər 18 dəfə rəqibini bu arenada qəbul edib.
Ən maraqlısı isə cəmi 7544 tamaşaçı tutan stadionun rekordu ilə bağlıdır. 1969-cu ildə stadion tutduğundan 2 dəfədən də çox setrçi – 16687 toplayıb.
Qeyd edək ki, stadionun futbol meydanının uzunluğu 106, eni 68 metrdir.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0