AFFA-da işləməyə məhdudiyyət qoyulur
26.04.2012 - 16:21
Mayın 24-25-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək FİFA-nın növbəti konqresinin gündəliyi məlum olub. Apasport.az saytının məlumatına görə, Ali futbol qurumu məmurlar üçün istisnasız yaş limitinin qoyulmasını müzakirəyə çıxaracaq. Buna əsasən AFFA-da daxil olmaqla bütün təşkilatlarda yaş limiti 72-yə bərabər olacaq. Bundan başqa tədbir futboldakı rüşvətxorluq və korrupsiya ilə mübarizə xarakteri daşıyacaq.
Bundan başqa FİFA-nın Etika komitəsi islahatlara məruz qalacaq. Belə ki, qurum 2 yerə parçalanacaq. Onlardan biri məsələləri araşdırmaqla, ikincisi qərar verməklə məşğul olacaq.
Eyni zamanda qurumun İcraiyyə Komitəsinin üzvlərinin sayının 24-dən 25-ə qədər artırılması da səsə qoyulacaq. Bu artım qadın futbolu hesabına gerçəkləşdiriləcək.
FİFA prezidenti və İcraiyyə Komitəsi üzvlərinin postunda qalma vaxtına məhdudiyyət qoyulması müzakirə olunacaq. Buna əsasən prezident 2 dəfə 4 il müddətinə, komitə üzvləri isə 3 dəfə seçilə bilər.

0
0