“Kamran Ağayevlə rəqabətə hazıram”
26.04.2012 - 17:30
“Neftçi” klubunun qapıçısı Rauf Mehdiyevin apasport.az saytına müsahibəsi
- Milli komandanın Yaponiya və Andorra ilə səfərdə keçirəcəyi yoldaşlıq görüşlərinə çağırılmısız. Uzun fasilədən sonra yığmaya qayıdacağınızı gözləyirdiniz?
- Yenidən yığmaya çağırılacağım söhbəti var idi. Ötən il biz çempion olanda, baş məşqçi Berti Foqts məni də komandaya çağırmışdı. Həmin vaxt yığmaya qayıtmağımı istəyirdilər. Sadəcə, onda icazə almışdım. Foqtsa demişdim ki, ağır mövsümdən sonra ailəmlə dincəlmək istəyirəm. O da sağ olsun, məni başa düşmüşdü. Bu yaxında pasportumu istədilər. Onda da 100 faizli söhbət deyildi, sadəcə, namizəd kimi mən də vardım.
- Düşərgəyə 3 qapıçı çağırılıb ki, siyahıda sizinlə yanaşı, Kamran Ağayevlə Anar Nəzirov da yer alıb. Digər gənc həmkarın Aqil Məmmədov isə ehtiyat qapıçı kimi siyahıya daxil edilib...
- Sağ olun ki, məni çağırılmağımla bağlı xəbərdar etdiniz. Çağırıblarsa, canla-başla oynayaram. Həmişə millinin şərəfini qorumağa, yığmaya kömək etməyə hazıram.
- 4 ildir milliyə rəhbərlik edən Foqtsun sizi milliyə az çağırmasına münasibətiniz necədir?
- Foqts yeni gələndə, Bosniya və Herseqovina ilə səfərdəki yoldaşlıq görüşündə mənə şans yaranmışdı. Həmin matçda bir hissə durmuşdum.
- Həmin oyundan artıq xeyli vaxt keçib...
- Bəli. Bundan sonra yığmanın təlim-məşq toplanışlarına çağırılmışam, 1-2 oyunda çıxış etmişəm. Yadımdadır, Çexiyanın “Slaviya” klubu ilə yoldaşlıq görüşündə oynadım. Foqts mənə oynamağa şans yaradırdı. Sadəcə, yığmadan uzun müddət kənarda qalmağım zədə ilə bağlı olub. Çünki elə millidə zədə aldığımdan, kənarda qalmışdım. Ötən il “Neftçi” ilə çempion olanda çox oynamışdım. Mənə zəng eləmişdilər ki, Foqts səni yenə sərəncamında görmək istəyir. Bu dəfə AFFA-dan mənə demişdilər ki, yığmaya çağırılmağa namizədsən.
- Cari mövsümün I dövrəsi sizin üçün uğurlu olmadı. Belə ki, yalnız “Simurq”la kubok matçında şans qazandınız. Əsas heyətdə isə ötən yay transfer edilən serbiyalı qapıçı Saşa Stamenkoviç dururdu. Ancaq bu ildən daha çox siz oynayaraq, əsas heyətdə yerinizi qaytardınız...
- Bizdə elədir ki, rəqabət həmişə çox güclüdür. Özünüz də görürsünüz ki, 2 oyun mən oynayıram, 2 oyun Saşa. Onunla aramızda rəqabət yenə var. Foqts da görür ki, bu il daha çox mən oynamışam. Antalyada 3-cü olduğumuz beynəlxalq turnirdə, Premyer Liqada, “altılıq” matçlarında özümü göstərmişəm. Foqtsun da oyunlarımla bağlı məlumatı var.
- Stamenkoviç “Srvena Zvezda”dan transfer olunan səviyyəli qapıçıdır. Serbiyalı həmkarınıza rəqabətdə qalib gəlmək sizə çətin olmur?
- Saşa da özünə görə bir qapıçıdır. Onu demək istəyirəm ki, “Neftçi” rəqabətə üstünlük verən klubdur. Gördüyünüz kimi, gənc futbolçulara da oynamağa imkan yaradırlar. Futbol rəqabəti sevir. Məncə, rəqabətsiz futbolun ləzzəti də yoxdur.
- Futbolda pasporta yox, oyuna görə qiymət verirlər. Hər halda, bu il 36 yaşınız tamam olur və böyük təcrübəyə malik olaraq, hazırda yığmamızda ən yaşlı futbolçusunuz. Bu mənada millidə özünüzü necə hiss edirsiniz?
- Yaş amilini çox vurğulayırlar. Ancaq qapıçı üçün 35 yaş elə də çox deyil. Belə bir deyim var ki, qapıçı nə qədər yaşlaşırsa, bir o qədər müdrikləşir. Qapıçı üçün yaş baxımından elə bir problem yoxdur. Bildiyiniz kimi, İngiltərə, Almaniya çempionatında yaşlı qapıçılar dayanırlar. Gücün varsa, komandaya kömək edə bilirsən. Mən də bu baxımdan özümdə güc hiss edirəm.
- Qarşıdan növbəti seçmə mərhələ gəlir və yoldaşlıq görüşləri yığmaya düşmək üçün şansdır. Millidə möhkəmlənmək perspektivinə necə baxırsınız?
- Çalışacağam ki, bu şansdan maksimum istifadə edim. Yoldaşlıq görüşləri daha çox bu baxımdan yaxşı bir imkandır.
- Yığmanın əsas qapıçısı Kamran Ağayevin çıxışını necə qiymətləndirərdiniz?
- Kamran yaxşı qapıçıdır və göstərdiyi oyunla “1 nömrə”yə layiqdir. Ancaq futbol elədir ki, rəqabəti sevir. Ağayevlə də rəqabət aparacağıq.
- Uzun müddətdir millimizin əsas qapıçısı olan Kamrana rəqabətdə qalib gələ bilərsiniz?
- Futbolda hər şey mümkündür. Əgər məni çağırırlarsa, elə-belə çağırmırlar ki...Bunu rəqabətə görə edirlər ki, yığmada rəqabət olsun. Kamranla yığmada otaq yoldaşı da olmuşuq. Onunla rəqabət aparmağa hazıram.
Mehman SÜLEYMANOV

0
0