“Xəzər Lənkəran”ın 6 xalının qaytarılmağı bizim üçün ikiqat motivasiya oldu”
26.04.2012 - 16:59
“Mövsümü “qızıl dubl”la başa vurmağımız realdır. Qarşıya belə vəzifə qoyublar ki, həm çempion olaq, həm də kuboku qazanaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi”nin qapıçısı Rauf Mehdiyev deyib.
Ən titullu qapıçılarımızdan olan 36 yaşlı Mehdiyev növbəti uğurlarını qazanmağa çox yaxındır. Belə ki, onun 2-ci mövsümdür şərəfini qoruduğu “Neftçi” çempionluğun və kubokun bir addımlığındadır. Özü də Rauf istəyinə çatarsa, bir mövsümdə hər 2 titulu ilk dəfə qazanmış olacaq: “Qızıl dubl” etməyimizə imkan var. Çempionatda 1-ci yerdəyik, kubokun finalına da çıxdıq. Keçən il çempion olduq, bu il isə kuboku da qazansaq, əla olardı. Bu, mənim üçün karyeramda yüksək nəticə olardı. Hələ karyeramda “qızıl dubl” olmadığından, buna nail olmağı çox istəyərdim”.
“Neftçi”nin ən yaxın izləyicisi olan “Xəzər Lənkəran” 6 xalının qaytarılmağı ilə 2-ci pilləyə yüksəldi və liderdən 3 tur qalmış 6 xal geri qalır. Rauf vəziyyətin belə dəyişməyindən sonra çempionluq şanslarının azalmadığını düşünür: “Bu, “Xəzər Lənkəran”ın qazandığı layiqli xallardır. Məncə, onu əllərindən almağı düz eləməmişdilər. İndi bizim üçün də yaxşı oldu ki, çox arxayınlaşmayaq. Çünki arada 12 xal fərq olanda, bir az boşluq oldu. “Xəzər Lənkəran”la səfər oyunumuzda “Qarabağ”ın uduzduğunu eşitdik və buna görə də meydanda bir az boşalmış çıxmışdıq. “Xəzər Lənkəran”a 6 xalın qaytarılmağı bizim üçün ikiqat motivasiya oldu ki, layiqli çempionluğumuzu qazanaq. Qalan 3 oyunda 1 qələbə, 1 heç-heçə bizi istəyimizə çatdıra bilər”.
Rauf vaxtilə heyətində çempion olduğu “Bakı” ilə mayın 17-də keçiriləcək final oyununu maraqlı olacağını düşünür: “Bakı” ilə son oyunumuz çətin oldu. Buna baxmayaraq, 2:1 hesabı ilə qalib gəldik. Hazırda “Bakı” yüksəlişdədir. Final da elədir ki, 1 oyunla qalib müəyyənləşəcək. Hər 2 komanda üçün çox çətin oyun olacaq. İki paytaxt komandası görüşdüyündən, əsl derbi olmalıdır”.
Mehman SÜLEYMANOV

0
0