“Neftçi”nin rekordu yeniləndi
26.04.2012 - 18:00
“Neftçi”nin rekordu yeniləndi
Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunları “Qarabağ” və “Bakı” arasında oyunun penaltilər seriyası ilə yekunlaşması ilə əlamətdar oldu. Apasport.az saytının xəbərinə görə, cari mövsümdə artıq 2-ci dəfədir ki, mərhələni keçən komanda penaltilər seriyasında müəyyənləşir. İlk belə hal da “Bakı”nın iştirakı ilə olmuşdu. 1/8 finalda “Rəvan”ı mübarizədən kənarlaşdıran (3:2) paytaxtın eyniadlı təmsilçisi bu dəfə də qalib gəldi – 5:4.

Ümumilikdə isə Azərbaycan kuboku tarixində 18-ci dəfə yaşanan penaltilər seriyası 4-cü dəfə “Bakı”nın, 3-cü dəfə isə “Qarabağ”ın iştirakı ilə baş tutdu. Son 2 mövsümdə 3-cü dəfə penaltilər seriyasına qatılan “Bakı” ümumilikdə 4-ə çatmaqla “Neftçi”nin rekordunu təkrarladı. Bu 2 komanda Azərbaycan kubokunda ən çox penalti seriyasında iştirak edən klublardır. Onların hər ikisi 4 belə oyundan 3-də qalib gəlib. Yəni “Bakı” 3 dəfə penaltilər seriyası hesabına mərhələ keçmək rekordunda da “Neftçi”yə şərik oldu.

1 dəfə mərhələni bu yolla adlayan “Qarabağ” isə ardıcıl 2 mövsümdür mübarizəni penaltilər seriyasında dayandırır. Ötən mövsüm 1/8 finalda “Turan” Ağdam təmsilçisini dayandırmışdı.

Azərbaycan kuboku tarixində bütün penalti seriyaları:

1992
İnşaatçı (Bakı) - Xəzər (Sumqayıt) - 1:1, pen. 5:4

1993
Kür (Mingəçevir) - Xəzri (Buzovna) - 3:0, 0:3, pen. 4:3

1993
Neftçi (Bakı) - Xəzər (Sumqayıt) - 0:0, 0:0, pen. 4:3

1993/94
Turan (Tovuz) - OİK Göyəzən (Qazax) - 0,:0, 0:0, pen. 1:3

1998/99
Şəmkir - Neftçi (Bakı) - 0:0, pen. 3:5

1999/2000
Turan (Tovuz) - Qarabağ (Ağdam) - 1:0, 0:1, pen. 4:5

2003/04
Bakılı - Neftçi (Bakı) - 1:0, 0:1 pen. 3:5

2004/05
Karvan (Yevlax) - Xəzər Lənkəran - 1:1, 1:1, pen. 4:5

2004/05
Neftçi (Bakı) - İnter (Bakı) - 0:0, 0:0, pen. 3:4

2007/08

Bakı - Qəbələ - 1:1, 1:1, pen. 3:4

2009/10
Simurq (Zaqatala) - Olimpik-Şüvəlan (Bakı) - 0:0, 0:0, pen. 2:4

2010/11
Bakı - Muğan (Salyan) - 1:1, pen. 5:3

2010/11
Karvan (Yevlax) - MKT-Araz İmişli) - 1:1, pen. 3:4

2010/11
Qarabağ (Ağdam) - Turan (Tovuz) - 0:0, pen. 3:4

2010/11
Simurq (Zaqatala) - Abşeron (Bakı) - 1:1, pen. 1:4

2010/11
Xəzər Lənkəran - İnter (Bakı) - 1:1, pen. 4:2

2011/12
Bakı - Rəvan (Bakı) - 0:0, pen. 3:2

2011/12
Bakı - Qarabağ (Ağdam) - 0:1, 1:0, pen.5:4