“Mətbuat bizi yaddan çıxarmışdı” - MÜSAHİBƏ
26.04.2012 - 23:01
“Bakı” klubunun müdafiəçisi Cəmşid Məhərrəmovun apasport.az saytına müsahibəsi
- Əvvəlcə ölkə kubokunun yarımfinal mərhələsində “Qarabağ”la cavab oyun ilə bağlı fikirlərinizi bildirərdiniz...
- Həddindən artıq ağır oyun oldu. Bu matç həm “Qarabağ”, həm də bizim üçün vacib idi. Onlar da kuboku qazanmaq istəyirdilər. Amma doğma meydanda məğlub olsaq da, səfərdə qələbə qazanacağımıza inanırdıq. Komanda şəklində bunu bacardıq və artıq finaldayıq.
- Adətən bizim futbolçular 90 dəqiqəni çətinliklə yola verir. 120 dəqiqə meydanda olmaq çətin deyildi?
- Bunu əvvəlcədən nəzərə almışdıq. Tək 120 dəqiqə oynamaq deyil, yol yorğunluğunu və havanın həddən artıq isti olmasını da nəzərə almaq lazımdır. Bu qədər əziyyət çəksək də, sonu şirin oldu.
- Maraqlıdır ki, cari mövsümdə “Qarabağ”la duellərin ilk üç oyunu “Bakı” üçün uğursuz alınmışdı. Ancaq son iki matçda, həm də rəqib meydanında vacib qələbələr qazandız. Qısa vaxtda nə dəyişdi?
- Bizim çempionatda yaxşı nəticələrimiz olub. Elə Lənkəranla oyunu götürək. Sadəcə, “Bakı” ilk oyunun son dəqiqəsində hesabı açdı. Ancaq həmin qola qədər bizim də qol vurmaq üçün imkanlarımız oldu. Əvəzində “Qarabağ”ı çempionat oyununda məğlub etdik. Bunu kubokun cavab oyununda da etməli idik. Yeri gəlmişkən, mətbuat da bizi yaddan çıxarmışdı. Təhlillər aparılarkən bizə şans vermirdilər. Hər kəs avrokuboklara vəsiqə qazana bilməyəcəyimizi düşünürdü. Ancaq biz hər iki cəbhədə şansımızı davam etdiririk.
- Bakıdakı məğlubiyyətdən sonra az da olsa ümidsizlik vardımı?
- Qətiyyən. Çünki biz onları Ağdam da məğlub etmişik. Yadınızdadırsa, həmin oyun 4:1 hesabı ilə başa çatmışdı. Həm də ümidsizliyə qapılsaydıq, onda heç rəqib meydanına getməyə dəyməzdi.
- Çempionatla müqayisədə kubokda işləri yaxşı gedir. Həlledici oyunda “Neftçi” ilə üz-üzə gələcəksiz. Necə düşünürsünüz, 8 illik fasilədən sonra finala vəsiqə qazanan “Neftçi”ni yenməyi bacaracaqsızmı?
- İndidən final haqda düşünmürük. Qarşıda bizi Premyer Liqanın 3 oyunu gözləyir. Diqqəti ona yönəltmişik. Bu görüşlərdən sonra final haqda düşünmək olar.
- Yeri gəlmişkən, penaltilər seriyası zamanı topu əlinə götürən vaxt həyəcanlı görünürdün...
- Heç kim deyə bilməz ki, penalti vuran zaman həyəcanlı olmuram. Axı sənin vura bilməyəcəyin zərbə komandanın zəhmətini heçə endirə bilər. Ona görə də hər kəs öz zərbəsinə görə məsuliyyət daşıyır. Bəli, həyəcanlı idim. Penaltilərdən sonra isə şad oldum. Çünki qələbədə mənim də payım var.
- “Bakı” əsas mərhələ ilə müqayisədə final mərhələsində özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Görünür, bu baş məşqçi dəyişikliyindən qaynaqlanır. Novruz Əzimovun Starkovdan fərqi nədədir?
- Hər bir baş məşqçinin öz taktikası, oyun üslubu var. Həm də bir məşqçi bütün klublarda yaxşı işləyə bilməz. Bu futbolçulara da aiddir. Bəzən görürsən ki, hansısa tanınmış mütəxəssis başqa kluba yollandıqdan sonra komanda zəif nəticələr qazanır. Bu futbolun bir hissəsidir. Ola bilsin, onların əsas fərqi taktiki gedişləri ilə bağlıdır. Starkov 4-4-2, hazırkı baş məşqçimiz isə 4-5-1 gedişinə üstünlük verir.
- “Xəzər Lənkəran”ın 6 xalının geri qaytarılması turnir cədvəlinin üst sıralarında müəyyən dəyişiklik etdi. Üçüncü pillə ilə 5 xal fərqiniz var. Mövsümü mükafatçılar sırasında bitirmək şansını nə dərəcədə real hesab edirsiniz?
- Əvvəlcə “Xəzər Lənkəran”ı bu münasibətlə təbrik edirik. Amma üç oyun var və 5 xallıq fərqi aradan qaldırmaq mümkündür. “Qəbələ”nin ardından “İnter”lə oyunumuz var. Heç kim deyə bilməz ki, “İnter” xal itirməyəcək. Ona görə də üçüncü sıraya düşmək şansımız realdır.
- Bu tur “Qəbələ” ilə qarşılaşacaqsız. Məğlub olacağınız təqdirdə turnir cədvəlində geriləyəcəksiniz. Rəqib də doğma meydanda uğurlu çıxış edir. Bu matçda nəyə ümid edirsiniz?
- Kubokdan dərhal sonra “Qəbələ” ilə oyunu düşünür və hazırlığımızı buna uyğun həyata keçiririk. Bizi ancaq 3 xal qane edəcək. Düzdür, onlar evdə yaxşı oynayırlar. Lakin bu bizi maraqlandırmır. “Bakı” öz oyununu oynasa, istəyinə çatacaq.

0
0