“Turan” “Sumqayıt”ı I diviziona göndərə biləcəkmi?
27.04.2012 - 23:01
“Turan” “Sumqayıt”ı I diviziona göndərə biləcəkmi?
Premyer Liqada növbəti tur çempionluqla yanaşı, 2-ci “altılıq”da da bir sıra nəticələri rəsmiləşdirə bilər. Apasport.az saytının məlumatına görə, son pillədəki “Sumqayıt” bu gün uduzarsa, I diviziona düşəcəyi dəqiqləşəcək. Çünki rəqibi özündən irəlidə gedən “Turan”dır və tovuzlular evdə qalib gələrsə, onunla xal fərqini 7-yə çatdıracaq.

Bu isə o deməkdir ki, sumqayıtlılara son 2 turda bu fərqi aradan qaldırmaq mümkün olmayacaq. “Turan”ın həm öz meydanında oynaması, həm də “altılıq”da uduzmayan yeganə komanda olmağı “Sumqayıt”ı I diviziona göndərəcəyini deməyə əsas verir.

Tovuz klubu həm də ona görə qalib gəlməlidir ki, daha bir pillə irəliləyərək, 10-cu yeri tutmaq şansını saxlasın. Bu zaman komanda pley-off oyunundan canını qurtaracaq. Axı reqlamentə əsasən 11-ci yeri tutanla I divizionda 2-ci yerdə gedən Premyer Liqada kimin oynayacağı ilə bağlı 2 matçlıq duelə çıxmalıdır. “Turan” xal itirərsə, “Simurq”un qalib gələcəyi halda ona çata bilməyəcək.

“Turan”la 4 xal irəlidə olduğu “Sumqayıt” arasında keçirilən oyunlarda hərəyə 1:0 hesablı qələbə və 1 dəfə 1:1 hesablı bərabərlik qeydə alınıb. Sumqayıtlılar ilk dövrədə uduzduğu Tovuzda bu dəfə qalib gələrsə, xal fərqini minimuma endirərək, intriqanı artıracaq. Həmin vaxt debütant bütün milli çempionatımızın iştirakçısından şəxsi oyunlarda üstün olacaq ki, xallar bərabər olanda, bu, işinə yarayacaq. Çünki reqlamentə görə komandaların xalları eyni olarsa, öz aralarındakı oyunların nəticələri əsas götürülür. Premyer Liqamızda ilk mövsümünü keçirən “Sumqayıt” ötən il I dəstədə yerini 7-ci pilləni tutsa da, “Abşeron”un Premyer Liqaya çıxmamağından sonra onu əvəzləyən olmadığından, güclülər dəstəsinə buraxıldı.

İkinci “altılıq”da çempionluq məsələsi də bu turda rəsmiləşməlidir. Bunun üçün AZAL-ın evdə “Simurq”a qalib gəlməyi, “Rəvan”ın öz meydanında “Kəpəz”lə matçda xal itirməyi lazımdır. Bu, “təyyarəçilər” cari mövsümdə rəqibinə hər 3 oyunda yendiyindən, debütant gəncəlilərdə uduzduğundan, realdır. Onda yaxında “təyyarəçilər”in “sükanı arxası”na gətirilən Vaqif Sadıqov çempionatı 7-ci pillədə bitirərək, 2-ci “altılığ”ın olmağı dəqiqləşəcək. AZAL-ın əleyhinə olan “Rəvan”la şəxsi oyunlarda geri qalmağıdır. Belə ki, keçirilən 4 oyunda 3-də debütant qalib gəlib – 2:1, 3:1, 2:0. Yalnız Sadıqov gələndən sonra “təyyarəçilər” rəqibinə uduzmayaraq, axırıncı oyunda 1:1 hesablı bərabərliyə qaldı. AZAL-la “Rəvan”ın növbəti turda ayrı-ayrı günlərdə oynamağı birincilərin işini asanlaşdırır. Yəni debütant uduzarsa, “təyyarəçilər”ə çempion olmaq üçün 1 xal da yetərli olacaq.