Püşk də “Neftçi”nin tərəfində oldu
27.04.2012 - 15:08
Püşk də “Neftçi”nin tərəfində oldu
Azərbaycan kubokunun final oyununda nominal ev sahibi olacaq komandanın adı məlum olub. Apasport.az saytının məlumatına görə, bu, finalçılar - "Bakı" və "Neftçi" klubunun rəsmilərinin iştirakı ilə keçən püşkatmaya əsasən müəyyənləşib. Püşkün nəticəsinə əsasən "Neftçi" Azərbaycan kubokunun final oyununda nominal ev sahibi olacaq.

17 may (cümə axşamı)

Azərbaycan kuboku, final oyunu

"Neftçi" - "Bakı"
Dalğa Arena stadionu