Dik Advokat Rusiya yığmasından ayrılır
27.04.2012 - 15:27
DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibi olan Rusiya yığmasını Dik Advokaat çalışdırmayacaq. Apasport.az saytının məlumatına görə, rusiyalı həmkarlarımız holland mütəxəssisin Avro-2012-nin final mərhələsindən sonra millidə çalışmayacağını iddia edir.
Rusiya Futbol İttifaqı isə başa çatacaq müqaviləni uzatmaq istəməyən baş məşqçi ilə danışıqları yekunlaşdıraraq ortaq qərara gəlib. Lakin qurum bu qərarı aprelin son gününə kimi gizli saxlamaq niyyətindədir.
Belə ki, Advokaatla bağlı qərar məhz gələn həftənin bazar ertəsi açıqlanacaq. Rusiya mətbuatı həmin qərarın Avro-2012-nin final mərhələsindən sonra yolların ayrılmaq olduğunu bildirir.

0
0