“FİFA-nın qərarı çempionatı maraqlı etdi”
27.04.2012 - 16:00
“Neftçi” klubunun özbəkistanlı futbolçusu Bahodir Nasimovun apasport.az saytına müsahibəsi
- “Xəzər Lənkəran”la oyunda zədələnmişdiniz. Bu üzdən “İnter”lə qarşılaşmanı da buraxdınız. İndi vəziyyətiniz necədir?
- Hər şey qaydasındadır. Ciddi bir şey yoxdur.
- Qarşıdakı çempionat oyununda meydana çıxa bilərsiniz?
- Hələlik yox. Həkimlər 3 həftə istirahət etməyi məsləhət görüblər. Diz bağlarım əzilmişdi.
- Çempionatın sonuna elə 3 tur qalıb. Bu, o demək deyil ki, artıq mövsüm sizin üçün bitib?
- Çempionat mənim üçün bitib. Amma kubokun finalında komandama kömək edəcəyimə ümid edirəm.
- Bu, mümkündür?
- Əgər hər şey qaydasında getsə, “Bakı” ilə kubok oyununda yenidən meydanda olaram.
- Artıq zədə üzündən bir oyunda kənarda qalmısınız. “İnter”lə qarşılaşmada sizsiz hücum xətti necə təsir bağışladı?
- Komandamız yaxşı oynadı. Ən əsası isə qalib gəlib, finala vəsiqə qazandıq.
- Qarşıda “Qarabağ”la çempionat oyununuz var. Bu dəfə də oynamayacağınız görüş haqda nə düşünürsünüz?
- FİFA-nın qərarı çempionatı daha maraqlı etdi. Bu “Qarabağ”ın mövqeyinə təsir etdi. İndi onlar bizimlə görüşdə qələbəyə oynayacaq. Avrokuboklara çıxmaq üçün buna məcburdurlar. Elə biz də qələbə qazanmağa çalışacağıq.
- Ola bilər ki, artıq bu tur çempionluğu təmin edəsiniz...
- Biz digər oyunlarla maraqlanmırıq. Əsas öz matçımızda qalib gəlməkdir. Buna nail olmağa da çalışacağıq.
- Sizin oyununuz başa çatandan sonra başlayacaq “İnter” – “Xəzər Lənkəran” qarşılaşmasının nəticəsi sizi çempion edə bilər. Həmin matçı izləmək üçün “Şəfa” stadionuna getmək fikriniz yoxdur ki?
- Buna nə ehtiyac var? Televiziya ilə yayımlanan oyunu elə televizordan izləyəcəyik də.
- Çempionluq əldə olunacağı halda, bunu isti-isti “Şəfa”da qeyd etmək fikriniz yoxdur?
- Əgər çempionluğumuz bu tur rəsmiləşsə, onu qeyd etməyə vaxt və yer olacaq. Bunu dərhal arenada etmək vacib deyil.
- Yeri gəlmişkən, “Xəzər Lənkəran”ın 6 xalının qaytarılmasını necə qarşıladınız?
- Bu, “Xəzər Lənkəran” üçün yaxşı oldu. Avrokuboklara vəsiqə uğrunda mübarizə apara biləcəklər. Çempionatın sonluğu da maraqlı olacaq.

0
0