Dünyanın ən yaxşı futbolçusu 4 aydır maaş almır
29.04.2012 - 15:11
Dünyanın ən yaxşı futbolçusu 4 aydır maaş almır
Dünyanın ən yaxşı futbolçusu Ronaldinyo maddi cəhətdən korluq çəkir. Apasport.az saytının məlumatına görə, 32 yaşlı braziliyalı hücumçu vətənində çıxış etdiyi “Flamenqo”da artıq 4 aydır maaş almır. Klub uzun müddət maliyyə çətinliyi yaşayır və Ronaldinyo bu yay başqa komandaya keçmək fikrindədir. O, “Flamenqo”ya ötən il “Milan”dan keçib.

Qeyd edək ki, Ronaldinyo 2002-ci ildə yığmasının heyətində dünya çempionluğu, bundan sonra ardıcıl 2 dəfə - 2004 və 2005-ci illərdə planetin ən yaxşı futbolçusuna verilən “Brilyant top”u qazanıb.