Təbriz Həsənov: İrana da qalib gəlib, finala çıxmağa çalışacağıq
29.04.2012 - 16:09
Təbriz Həsənov: İrana da qalib gəlib, finala çıxmağa çalışacağıq
“Türkiyə yığması üzərində qazandığımız bu qələbə futbolçuların özünəinamını bir qədər də artırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının (U-17) baş məşqçisi Təbriz Həsənov deyib. O, komandasının Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində bu gün Türkiyənin U-17-si üzərində 2:0 hesablı qələbəsi haqda fikirlərini AFFA-nın rəsmi saytına bildirib:” Finala çıxmaq üçün sonuncu oyunda da qələbə qazanmaq lazımdır. Qrupdakı son rəqibimiz fiziki cəhətdən güclü İran komandasıdır. İran yığması ilə qarşılaşmada da qalib gəlib finala çıxmağa çalışacağıq”.

Qeyd edək ki, Həsənovun komandası qrupda ilk oyunda Gürcüstana 1:0 hesabı ilə qalib gəlib.