“Neftçi” ən azı “Qızıl oyun”da
29.04.2012 - 17:54
“Neftçi” çempionluq titulunu qorumağa çox yaxındır. Apasport.az saytının məlumatına görə, Böyükağa Hacıyevin baş məşqçisi olduğu komanda bu gün evdə “Qarabağ”a qalib gəlməklə, “Qızıl oyun”a vəsiqə qazandı. Buna ehtiyac olub-olmayacağı “Şəfa” stadionunda keçirilən “İnter” – “Xəzər Lənkəran” oyunundan sonra aydınlıq gələcək. Əgər qonaqlar qalib gələrsə, onda “Neftçi” ilə 6 xallıq fərqini sona 2 tur qalmış qoruyacaq. Lider qalan 2 matçda uduzarsa, lənkəranlılar qalib gələrsə, bu zaman xallar bərabər olacaq. Premyer Liqamızın reqlamentinə görə, mövsümün sonunda belə vəziyyət yaranarsa, “Qızıl oyun” keçiriləcək.
Qeyd edək ki, 20-ci ildir keçirilən milli çempionatımızda 2 dəfə qalib belə matçla təyin olunub. Özü də bunların hər ikisində “Neftçi” iştirak edib. Onun birində 2001-ci ilin mayında Sumqayıtda “Şəmkir”ə 0:1 hesabı ilə uduzan bakılılar 4 il sonda Gəncədə “Xəzər Lənkəran”dan üstün olub – 2:1.

0
0