Ruslan Abışov “İnter”i çempionluqdan məhrum etdi
29.04.2012 - 18:16
Ruslan Abışov “İnter”i çempionluqdan məhrum etdi
Premyer Liqamızın daha bir təmsilçisi çempionluq şansını rəsmən itirdi. Apasport.az saytının məlumatına görə, “Qəbələ”, “Bakı”, “Qarabağ”ın ardında 3-cü yerdə gedən “İnter” də qızıl medallardan tam əlini düzdü. Bu, “Neftçi”nin az öncə “Qarabağ” üzərində əzmkar qələbə qazandığı oyundan sonra reallaşıb. Liderin kapitanı Ruslan Abışov 1-ci uzatma dəqiqəsində penalti zərbəsindən komandasına qazandırdığı qələbə “bankirlər”in çempionluq arzusunu ən azı 1 mövsüm də təxirə saldı. Yəni “İnter” lənkəranlılara qalib gəlsə belə, bu, faydasız olacaq. Çünki “Neftçi” ilə 8 xallıq fərqi sona 2 tur qalmış aradan qaldırmaq artıq qeyri-mümkündür.

İndi “Neftçi”yə çempionluq yolunda qalan yeganə rəqib “Xəzər Lənkəran”dır. Cənub klubu 6 xal geri qaldığı liderlə qızıl medallar uğrunda mübarizədə intriqanı saxlamaq üçün “İnter”ə səfərdə mütləq qalib gəlməlidir.

Qeyd edək ki, “İnter” tarixində 2 dəfə - 2008-ci və 2010-cu ildə çempion olub.