Böyükağa Hacıyev: Neçə vaxtdır susan Rəşad Abdullayev də kükrədi
29.04.2012 - 18:27
Böyükağa Hacıyev: Neçə vaxtdır susan Rəşad Abdullayev də kükrədi
“Azərbaycanda gözəl oyun göstərən üç komanda var - “Neftçi”, “Qarabağ” və “İnter”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib. O, Premyer Liqanın növbəti turunda bu gün “Qarabağ” üzərində qazandıqları 2:1 hesablı əzmkar qələbədən sonra fikirlərini bildirib: “Çox yaxşı oyun oldu. Neçə vaxtdır susan Rəşad da kükrədi. “Qarabağ”a növbəti oyunlarda uğurlar arzu edirəm. Hər iki penalti düzgün verilmişdi”.