Qurban Qurbanov: Avroliqaya düşmək şanslarımız qalır
29.04.2012 - 18:33
Qurban Qurbanov: Avroliqaya düşmək şanslarımız qalır
“Rəşad Abdullayev yenə də bizim qalib gəldiyimiz oyunda hesabı dəyişdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O, bu gün Premyer Liqanın 1:2 hesabı ilə uduzduqları oyundan sonra Avroliqaya çıxmaq şanslarının qaldığını düşünür: “Çox yaxşı oyun oldu. Komandam yaxşı oynadı. Amma nə etmək olar, bu futboldur. Məncə oyunun ədalətli nəticəsi 1:1 olmalıydı. Avroliqaya düşmək üçün şanslarımız qalır. Qarşıdakı oyunlara hazırlaşacağıq. “Neftçi”yə uğurlar arzulayıram”.