Novruz Əzimov: Komanda fiziki cəhətdən yorğun idi
29.04.2012 - 18:51
“Bugünkü oyunda məğlub olmağımıza baxmayaraq, oyun maraqlı keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçi əvəzi Novruz Əzimov deyib. “Zolaqlılar” Premyer Liqanın XXX turunda bu gün səfərdə “Qəbələ”yə 0:4 hesabı ilə uduzdu. Əzizov belə nəticəni heyətdəki problemlə əlaqələndirir: “Əsas heyətin dörd üzvü zədə ucbatından bu oyunda iştirak edə bilmirdi. Oyuna tam hazırlaşa bilməmişdik. Komanda fiziki cəhətdən yorğun idi. “Qəbələ”yə gələcək oyunlarda uğurlar”.
0
0