Müqəddəs rəqəmə çatmaq
29.04.2012 - 20:01
Müqəddəs rəqəmə çatmaq
“Neftçi” tarixində 7-ci dəfə Azərbaycan çempionu oldu. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” bu göstəricidə mütləq rekordunu bir qədər də yaxşılaşdıraraq, müsəlam dünyasında müqəddəs sayılan rəqəmə çatıb. Belə ki, 2-ci ən çox çempio olan “Kəpəz” cəmi 3 dəfə - 1995, 1997 və 1998-ci ildə buna nail olub. “Neftçi” hələ ilk milli çempionatımızın qalibi kimi tarıx düşəndən sonra 1996, 1997, 2004, 2005 və 2011 və 2012-ci ildə qızıl medalların sahibi olub. Göründüyü kimi, “Neftçi” bunadək 1 dəfə ardıcıl 2 il çempion olub.

Qeyd edək ki, 1996-97 mövsümündə çempionluq mübahisəli olub. “Neftçi” çempionatı 1-ci yerdə bitirsə də, həmin vaxt əvəzedici komandaların da nəticələri hesaba alındığından, AFFA “Qarabağ”ı çempion elan edərək, qızıl medallarəı ona verib. Ancaq UEFA “Neftçi”ni çempion tanıdığından, onu Çempionlar Liqasına buraxıb. Peşəkar Futbol Liqası da həmin mövsümdə çempion kimi “Neftçi”ni tanıyır.