Yunis Hüseynov: Qarşıdakı oyunlarda qalib gəlməliyik
29.04.2012 - 20:48
“Gərgin oyun oldu. Hər iki komandanın futbolçularına göstərdikləri oyuna görə təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib. Lənkəran klubu Premyer Liqanın XXX turunda “İnter”lə səfərdə qolsuz bərabərliyə qalaraq, 2-ci pillədə mövqeyini qorusa da, çempionluq şansını itirdi. Hüseynov bərabər səviyyəli oyun olduğunu bildirib: “Fərqlənmək üçün imkanlarımız var idi, lakin istifadə edə bilmədik. Fikrimcə, hesab oyuna görədir. Qarşıdakı oyunlarda qalib gəlməliyik”.
0
0