Kaxaber Sxadadze: Bu oyunlarda maksimum səy göstərib, Avroliqaya düşməyə çalışacağıq
29.04.2012 - 20:53
Kaxaber Sxadadze: Bu oyunlarda maksimum səy göstərib, Avroliqaya düşməyə çalışacağıq
“Qol görməsək də, maraqlı oyun oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib. Gürcü çalışdırıcı Premyer Liqanın XXX turunda bu gün “Xəzər Lənkəran”la qolsuz bərabərliyə qaldıqları ev matçında oyundan razı qalıb: “Futbolçulara mövsüm sonunda bu cür hərəkətli və mübarizə dolu oyun göstərdikləri üçün təşəkkür etmək lazımdır. Hər oyun bizim üçün finaldır. Qarşıda iki çətin oyunumuz var. Bu oyunlarda maksimum səy göstərib, Avroliqaya düşməyə çalışacağıq”.