Bizdə “Neftçi”, İsveçrədə “Bazel”
30.04.2012 - 08:25
Avropa ölkələrindən daha birində çempionatın qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Bzel” klubu ardıcıl 3-cü dəfə İsveçrə çempionu adını qazanıb. Son 9 ildə 6-cı dəfə çempion olan bazellilər tarixlərində ilk dəfə ardıcıl 3 dəfə belə uğur qazanır. Bu dəfəki çempionluq yarışın sonuna 5 tur qalmış rəsmiləşib. “Lozanna” üzərindəki qələbədən sonra ən yaxın izləyicisi “Lütsern”dən 18 xal uzaqlaşan “Bazel” çempionluğunu təmin edib. Bununla da komanda Çempionlar Liqasına da vəsiqə qazanıb. Çempion ən yaxın izləyicisi ilə kubokun finalındakı oyununda “Qızıl dubl” da edə bilər.
Qeyd edək ki, Azərbaycan çempionatında sona 2 tur qalmış “Neftçi” qızıl medalları təmin edib.
Qeyd edək ki, Azərbaycan çempionatında sona 2 tur qalmış “Neftçi” qızıl medalları təmin edib.
0
0