“Neftçi”nin “dərsini verdilər”
30.04.2012 - 09:29
Futzal üzrə Azərbaycan çempionatında XVII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, III dövrənin mərkəzi oyununda liderlər üz-üzə gəlib. Son 7 mövsümün dəyişməz çempionu Naxçıvanın “Araz” klubu lider “Neftçi” İSM ilə qarşılaşıb. 2004/05 mövsümündən rəqib tanımayan Joze Alesio da Silvanın yetirmələri liderlikdən uzaq düşmələrinin təsadüf olduğunu sübut edib. “Neftçi” İSM-in “dərsini verən” naxçıvanlılar 5:1 hesablı qələbə sayəsində yenidən zirvəyə yüksəlib. Azərbaycan milli komandasının üzvlərinin özəyini təşkil edən “Araz” bununla da 8-ci çempionluğa yaxınlaşıb. Lakin mövsümün sonunadək komandalar xal itirməzsə “Qızıl oyun keçiriləcək.
“Araz” – “Neftçi” İSM – 5:1
PSL – “Qarabağ veteranları” – 1:4
“Ekol” – “Azecolab” – 16:1
“Qala” – “Rəvan” – 5:0 (+:-)
“Araz” – “Neftçi” İSM – 5:1
PSL – “Qarabağ veteranları” – 1:4
“Ekol” – “Azecolab” – 16:1
“Qala” – “Rəvan” – 5:0 (+:-)
| № | Komanda | O | Q | H | M | T/F | Xal |
|---|---|---|---|---|---|---|---|
| 1 | Araz | 17 | 15 | 1 | 1 | 128-20 | 46 |
| 2 | Neftçi İSM | 17 | 15 | 1 | 1 | 137-35 | 46 |
| 3 | Ekol | 17 | 12 | 0 | 5 | 119-44 | 36 |
| 4 | Qala | 17 | 9 | 0 | 8 | 64-41 | 27 |
| 5 | Qarabağ vet. | 17 | 8 | 0 | 9 | 68-89 | 24 |
| 6 | Rəvan | 17 | 5 | 0 | 12 | 61-92 | 15 |
| 7 | PSL | 17 | 3 | 0 | 14 | 65-123 | 9 |
| 8 | Azecolab | 17 | 0 | 0 | 17 | 43-236 | 0 |
0
0