19 yaşlı qız futbol klubunun vitse-prezidentini öldürdü
30.04.2012 - 09:53
19 yaşlı qız futbol klubunun vitse-prezidentini öldürdü
Çernoqoriya futbolunda faciə baş verib. Apasport.az saytının məlumatına görə, bu ölkənin “Rudar” klubunun vitse-prezidenti Radmilo Mitroviç paytaxt Podqoritsada qətlə yetirilib.

Ölümün motivləri hələlik müəyyənləşməyib. İlkin məlumata görə, hadisənin 47 yaşlı komanda rəsmisinin peşəkar fəaliyyətinə aidiyyatı yoxdur. Polis bildirib ki, qətldə şübhəli bilinən şəxs həbs olunub və araşdırmalara başlanılıb.

Qeyri-rəsmi məlumata görə isə Mitroviçi 19 yaşlı paytaxt sakini Mariya Miliç öldürüb. Qızın futbol rəsmisi ilə birgə olmasının və bu hadisənin baş verməsinin səbəbləri aydınlaşdırılır. Mitroviç boğazına bıçaq zərbəsindən sonra dərhal ölməməsi onu göstərir ki, Mariya peşəkar qatil deyil. Yaralı xəstəxanaya çatdırıldıqdan bir neçə saat sonra dünyasını dəyişsə də, hadisə barədə heç bir məlumat verə bilməyib.

Qeyd edək ki, Çernoqoriya mətbuatı artıq bir neçə dəfə vitse-prezidenti Balkan narkobaronları Şariç qardaşlarının yaxın dostu adlandırırdılar. Bunun üçün də onlar qətilin əsl səbəbinin bununla buna bağlı oliduğunu proqnozlaşdırırlar.