Qələbədən 24 saat sonra çempion oldu
30.04.2012 - 10:10
Portuqaliya çempionatında da qalibin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Porto” klubu tarixində 26-cı dəfə ölkə çempionu adını qazanıb. “Maritimo”nu 2:0 hesabı ilə məğlub edən çempion qələbəsindən 24 saat sonra çempionluğu bayram edib. Belə ki, “Benfika”nın “Riu Ave” ilə qarşılaşmada xal itirməsi (2:2) “Porto”nu vaxtından əvvəl çempion edib. Onlar ən yaxın izləyicisi olan “Benfika”nı sona 2 tur qalmış 6 xal qabaqlayır və şəxsi oyunlarda ondan üstündür – 3:2, 2:2.
Qeyd edək ki, Çempionlar Liqasına vəsiqə qazanan “Porto” yarışa birbaşa qrup mərhələsindən başlayacaq.
Qeyd edək ki, Çempionlar Liqasına vəsiqə qazanan “Porto” yarışa birbaşa qrup mərhələsindən başlayacaq.
0
0