“Sumqayıt”dan bir dənədi
30.04.2012 - 23:01
“Sumqayıt”dan bir dənədi
Premyer Liqanın XXX turu 2 komandanın sindrom qırması ilə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, eyni rəqiblə əvvəlki 3 qarşılaşmada istisnasız uduzanlar ilk xallarını qazandılar.

Söhbət “Kəpəz”ə futbol dərsi keçən “Rəvan” və AZAL-dan xal qoparan “Simurq”dan gedir. Belə ki, 5:1 hesablı qələbəyədək “Rəvan” Gəncə təmsilçisi üçün əsl xal mənbəyi idi. “Kəpəz” ilk 3 dövrədə 3 qələbə qazanmışdı - 2:1, 3:2, 1:0. Qolsuz heç-heçə ilə ayrılan “Simurq”la AZAL-ın əvvəlki 3 görüşündə bakılılar qalib gəlmişdilər - 5:1, 3:0, 2:1.

Bununla, nə “Simurq”, nə də “Rəvan” abunəçi olub. “İnter”in prezidenti Georgi Nikolovun eyni rəqibə daim uduzanları “abunəçi” adlandırdığını nəzərə alsaq, “Rəvan”la “Simurq” “abunəçi” rolunu oynamayıblar.

Bununla da mövsümün yeganə “abunəçi”si ünvanı hələ də “Sumqayıt”da qalır. Belə ki, Premyer Liqanın debütantı “Simurq”a 12 xal verib – 0:1, 0:1, 1:2, 1:2. Mövsümün gedişində rəqibinə 12 xal verən 2-ci komanda yoxdur. Ən azı hələlik. Lakin “Sumqayıt”ın “abunəçi” adına şərik olmağa daha 1 – sonuncu namizəd qalıb.

Bu, “Bakı”dır. “Neftçi”yə 3 dəfə uduzan paytaxtın eyni adlı təmsilçisi bu turda sindromu qırmasa, sumqayıtlılara qoşulacaq. Lakin rəqibini 1:0, 3:1, 2:1 hesabı ilə məğlub edən “Neftçi” artıq çempionluğu təmin etdiyindən həmşəhərliləri ilə oyunda qələbə qazanmağa o qədər də can atmayacaq.