Novruz Əzimov: Bunu nəzərə almamaq çəkilən əziyyəti unutmaq deməkdir
30.04.2012 - 17:50
“Neftçi” çempion oldu, onu təbrik edirik. Ancaq artıq Avroliqaya vəsiqə qazanmağımızda komandamızın əməyini unutmaq olmaz. Hər halda, “Bakı” kuboku hələ qazanmasa da, bura kimi irəliləməyinin bəhrəsini görür”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı”nın baş məşqçi əvəzi Novruz Əzimov deyib. “Neftçi”nin çempion olmağı ilə “zolaqlılar”ın da avrokuboklara çıxmağı rəsmiləşdi. Çünki kubokun qaydalarına görə, çempionun finalçısı uduzsa belə, qitə miqyaslı turnirdə oynamaq hüququ qazanır.
Əzimovun sözlərinə görə, finala kimi gəlib çıxan komandasının zəhmətini mütləq nəzərə almaq lazımdır: “Hər halda, “Bakı” finala düşməsəydi, Avroliqaya vəsiqəni ala bilməyəcəkdi. Yarımfinalda “Qarabağ” kimi güclü rəqibə ilk oyunda evdəki məğlubiyyətin əvəzini səfərdə çıxa bildik. Mən kubokda cari mövsümdə ilk oyunumuz olan “Rəvan”la matçı xüsusi qeyd edərdim. Onda 1/8 finalda qalib 1 oyunla müəyyənləşdirilirdi və matç sonrası penaltilərlə qalib gəldik. Bu zaman hər komanda mərhələ keçə bilərdi və futbolçularımızın Avroliqaya vəsiqə yolunda zəhmətini qeyd etməliyik. Bunu nəzərə almamaq çəkilən əziyyəti unutmaq deməkdir. Futbolçularımıza minnətdarıq ki, finala çıxdıq və bunun müsbət nəticəsini gördük”.
52 yaşlı çalışdırıcı son turda səfərdə “Qəbələ”yə 0:4 hesablı məğlubiyyətdən nəticə çıxartmalı olduqlarını düşünür: “Qəbələdə matçı izləyənlərin hamısı gördü ki, biz ilk 30 dəqiqədə necə oynadıq. Ancaq sonradan yorğunluq, bəzi futbolçularda təcrübəsizlik nəticəyə təsir göstərdi. Futbolda belə şeylər olur. Gərək belə şeylər olmasın. Biz hər oyuna ciddi yanaşırıq. Uduzmağımız o demək deyil ki, matça ciddi yanaşmamışıq. Sadəcə, meydana çıxan futbolçuların sona kimi mübarizə aparmaları lazımdır. Qəbələdəki nəticə bu baxımdan düşünməyə əsas verir”.
“Bakı”nın latviyalı sabiq baş məşqçisi Aleksandr Starkovla yollarını ayırandan sonra onun köməkçisi olmuş Əzimova tapşırılmağı müsbət nəticəsini verdi. Hər halda, komandanın Avroliqaya vəsiqə qazanmağında baş məşqçi əvəzinin böyük əməyi var. “Zolaqlılar” mövsümü titulla başa vurmaq iddiasındadır ki, buna nail olmaq Əzimovun baş məşqçi təyin olunmaq şansını artırır: “Sözsüz ki, kuboku qazanmağı hamı istəyir. Hər bir normal insan bunu arzulayır. Kim istəməz ki, titul qazanmasın? Allahın köməyi ilə buna nail olarıq. Baş məşqçi ilə bağlı son qərar isə rəhbərlikdən asılıdır”.
Qeyd edək ki, “Bakı” “Neftçi” ilə final oyununu mayın 17-də “Dalğa Arena”da keçiriləcək.
Mehman SÜLEYMANOV

0
0