“Artıq mövsümün sonudur və futbolçularda yorğunluq var”
30.04.2012 - 22:22
“Artıq mövsümün sonudur və futbolçularda yorğunluq var”
“Oyun maraqlı alındı, hər iki komanda son dəqiqəyədək mübarizə apardı. Düşünürəm ki, qol vurulmasa da, qarşılaşma heç kimi biganə qoymadı". Apasport.az saytının məlumatına görə, bu sözləri "İnter" klubunun futbolçusu Samir Zərgərov deyib.

O, klub saytına açıqlamasında artıq futbolçularda yorğunluq olduğunu bildirib: "Artıq mövsümün sonudur və futbolçularda yorğunluq var. Ancaq biz bu vəziyyətin hərəkətlərimizə təsir göstərməməyi üçün var gücümüzlə oynamağa çalışdıq. Qarşıda bizi daha vacib oyunlar gözləyir və həmin matçlara daha diqqətlə yanaşmalıyıq”.